
Poliorsetika
üzrə mütəxəssis Sebastien Le Prestre de Vauban Fransa krallığının bir neçə şəhərini
müdafiə sistemləri ilə təchiz edərək, öz "dəmir kəmərini" miras
olaraq qoyub. Üç əsr sonra, onun adını daşıyan Paris meydanında, Milli Mitinq
özünü mühasirəyə alınmış bir qala təsəvvür etməklə, bu bazar günü, aprelin 6-da
Marin Le Penin parlament köməkçiləri işində ağır şəkildə qınanmasından sonra
cavab verəcək.
RN liderinin siyasi gələcəyini xeyli ört-basdır edən
hökm, ilkin instansiyada dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilindiyinə
görə, müvəqqəti olaraq seçilmək hüququndan məhrum edilib.
İfrat sağçı partiyanın başlatdığı “xalq və dinc səfərbərliyin
bir hissəsi kimi” təşkil edilən bu mitinq Marin Le Penin 2027-ci ildə siyasi səbəblərlə
namizədliyini irəli sürməsinə mane olmaqda günahlandırılan ədliyyə sisteminə
qarşı bir həftəlik şiddətli hücumlardan sonra keçirilir.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az