Netflix-in "Sabah başqa bir gündür" filmi abunəçiləri münasibətlərini sınamağa və rutinlərini dəyişməyə sövq edir

Netflix-in "Sabah başqa bir gündür" filmi abunəçiləri münasibətlərini sınamağa və rutinlərini dəyişməyə sövq edir
Mədəniyyət 16 Aprel 2025 - 16:58


 

Demək olar ki, müalicəvi romantik komediya. Martın 28-dən Netflix-də təqdim olunan “The Life List” bir çox izləyicinin fikrincə, sadəcə romantik komediyadan daha çox şeydir.

 

Alexandra Rose rolunu oynayan Sofia Carson Entertainment Weekly-ə bildirib ki, bəzi izləyicilər bu filmdən münasibətlərini yenidən düşünmək və həyatlarını yoluna qoymaq fürsəti kimi istifadə ediblər.

 

Lori Nelson Spielmanın 2013-cü il romanından uyğunlaşdırılan "Sabah başqa bir gündür" filmi tutqun gündəlik həyatı olan otuz yaşlı gənc qadın Alexandra Rose haqqındadır.

 

Anasının ölümündən sonra o, mirasını ala bilməsi üçün ciddi qaydalar qoyduğunu aşkar edir. Qızı uşaqlıq illərində yazdığı siyahıdakı bütün arzularını yerinə yetirməlidir, o cümlədən əsl sevgini tapmalıdır.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər