
İsrailin iki aylıq blokadasından sonra Qəzzada fələstinlilər
ağır məhrumiyyətlərlə üzləşirlər.
Fələstinlilər bir aydan çoxdur humanitar yardımdan
məhrum olduqları üçün Qəzzada gündəlik həyat getdikcə çətinləşir.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi
(OCHA) bu həftə xəbərdarlıq edib ki, vəziyyət "18 ay əvvəl hərbi əməliyyatların
başlamasından bəri ən pis vəziyyətdir".
İsrail blokada tətbiq etdikdən və Qəzza zolağının hər
yerində HƏMAS-a qarşı hərbi kampaniyasını təzələdikdən sonra martın 2-dən bəri
heç bir ərzaq, su, dərman və ya ticarət malları anklav ərazisinə daxil olmayıb.
İki ay əvvəl Euronews, İsrail və HƏMAS arasında səkkiz
həftəlik atəşkəs razılaşması sayəsində ailəsi ilə birlikdə 15 aylıq köçkünlükdən
sonra Qəzzanın şimalındakı evinə qayıda bilən 22 yaşlı Məhəmmədlə danışıb.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az