
Donald Trampın başlatdığı ticarət müharibəsi nəticəsində iqtisadi
qeyri-müəyyənliklər artdıqca, ECB əsas faiz dərəcələrini dörddə bir bənd aşağı
salmağa qərar verdi.
İl ərzində yeddinci dəfədir ki, İdarə Heyəti 17 aprel cümə axşamı
günü Avropa Mərkəzi Bankının (ECB) üç əsas faiz dərəcəsini dörddə bir bənd
aşağı salmaq qərarına gəlib. Analitiklər tərəfindən gözlənilən və açıqlanan
reaksiya, AB ABŞ ilə ticarət müharibəsinin ortasında olarkən.
23 aprel 2025-ci il Çərşənbə günü əmanət, əsas yenidən maliyyələşdirmə
əməliyyatları və marjinal kreditləşdirmə üzrə faiz dərəcələri müvafiq olaraq
2,25%, 2,40% və 2,65%-ə endiriləcək.
Marjinal kredit faiz dərəcəsi bankların ECB-dən iyirmi dörd saat müddətinə
likvidlik götürdükləri zaman ödədikləri dərəcədir.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az