
Kiyev Rusiya tərəfindən qanunsuz deportasiya edilən
on minlərlə ukraynalı uşağın “şərtsiz” evlərinə qaytarılmasını tələb edir.
Ukraynanın xarici işlər nazirinin müavini bildirib
ki, bir çox avropalı Pasxa bayramını ailələri ilə keçirməyə hazırlaşarkən, 20
minə qədər ukraynalı uşaq Ukraynadan qanunsuz deportasiya olunaraq hazırda
Rusiyadadır.
Mariana Betsa Euronews-a müsahibəsində "Bu,
insanların Pasxa bayramını sevdikləri ilə qeyd etdiyi vaxtdır. Lakin bu uşaqlar
özlərini ailəsiz görürlər". “Onların çoxu valideynlərini belə xatırlamır,
çünki Rusiya onların şəxsiyyətini silir”.
"Ukraynalı uşaqları müzakirə etmək olmaz"
deyə o əlavə edib və sülh danışıqlarına "hər bir uşağın qeyd-şərtsiz
Ukraynaya qayıtması" daxil edilməlidir.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az