Moskva Talibanı terror təşkilatları siyahısından çıxarır

Moskva Talibanı terror təşkilatları siyahısından çıxarır
Dünya 18 Aprel 2025 - 12:18

 


 

 

Rusiya rəsmiləri bu yaxınlarda Əfqanıstanın "sabitləşməsinə kömək etmək" üçün Talibanla əlaqə saxlamağın vacibliyini vurğulayıblar.

Rusiya Ali Məhkəməsi 20 ildən çox əvvəl terror təşkilatı kimi tanınan Əfqanıstanın hakim Taliban qruplaşmasına qoyulan qadağanı ləğv edib.

 

Bu addım 2003-cü ildə Moskvanın terror təşkilatları siyahısına daxil edilmiş və onunla istənilən əlaqəni qanunla cəzalandırılan qrupun diplomatik qələbəsi kimi qiymətləndirilir.

 

Bu arada Taliban nümayəndə heyətləri Rusiyanın təşkil etdiyi müxtəlif forumlarda iştirak edib, çünki Moskva özünü regional broker kimi göstərməyə çalışır.

 

Məhkəmənin baş prokurorluğun sorğusundan sonra verdiyi qərar, terror təşkilatının rəsmi təyininin məhkəmə tərəfindən dayandırıla biləcəyini nəzərdə tutan qanunun keçən il qəbul edilməsindən sonra verilib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər