
ABŞ, Avropa və Asiya səhmləri rüsumlarla bağlı
qorxuların pisləşməsi ilə 7 aprel Bazar ertəsi günü daha da ucuzlaşıb. Avropa
isə özünü danışıqlara açıq göstərdi.
Lakin bu optimizm yeni tariflərdə 90 günlük fasilə
ilə bağlı şayiələr Ağ Ev tərəfindən tez bir zamanda təkzib olunduqca söndü. ABŞ
fond bazarları yenidən düşmədən əvvəl yaşıl rəngə keçərək yenidən yüksəlməyə
vaxt tapdı.
Saat 19:00-a az qalmış. Mərkəzi Avropa Saatı,
S&P 500 indeksi 0,55 faiz azalaraq bir ilin ən aşağı səviyyəsinə - 5,046 bəndə
enərək, tariflərin açıqlanmasından bəri indeksin məcmu itkilərini təxminən 12
faizə çatdırdı. Bu, 1987-ci ilin oktyabrındakı düşüşlərə və 2008-ci ilin qlobal
maliyyə böhranına rəqib olmaqla, müharibədən sonrakı tarixdə ən kəskin enişlərdən
biri idi.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az