Vladimir Zelenski Çini Rusiyaya silah verməkdə ittiham edib

Vladimir Zelenski Çini Rusiyaya silah verməkdə ittiham edib
Dünya 18 Aprel 2025 - 12:09


 

 

Ukrayna prezidenti cümə axşamı mətbuat konfransında danışıb.

Ukrayna prezidenti Vladimir Zelenski Çinin Rusiyaya silah, o cümlədən barıt və artilleriya göndərdiyi barədə məlumat aldığını bildirib.

 

Kiyevdə mətbuat konfransında danışan Vladimir Zelenski "Bunu ətraflı müzakirə etməyə hazır olacağıq" deyib.

 

"Bu günə qədər əlimizdə barıt və artilleriya ilə bağlı təhlükəsizlik xidməti və kəşfiyyatdan məlumatlar var. İnanıram ki, biz gələn həftə bunu ətraflı müzakirə edə biləcəyik, xüsusən də Çin nümayəndələrinin Rusiya ərazisində müəyyən silahların istehsalı ilə məşğul olduğuna inandığımız məlumatlarla bağlı", - o deyib.

 

Çin açıq şəkildə Ukrayna münaqişəsində neytrallığını qoruyub, lakin Pekin 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Rusiyaya diplomatik və iqtisadi dəstək verib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər