
Avropalı polad istehsalçıları qəzəblənirlər. Onlar
işlərindən qorxurlar. Avropanın ağır sənayesinin hələ də gələcəyi varmı? Bəli,
xilasetmə planını təqdim edən Avropa Komissiyasına görə.
Alman polad nəhəngi ThyssenKrupp 11 000 işçini
ixtisar etməyi planlaşdırır. Avropanın metallurgiya sənayesi böhran içindədir.
ABŞ-ın tarifləri, hədsiz enerji qiymətləri, qlobal gücdən artıq güc, Çindən
ucuz poladdan rəqabət... Avropa Komissiyası “Polad Fəaliyyət Planı” ilə bacardıqlarını
xilas etməyə çalışır.
Avropa Komissiyası sənaye rəqabətqabiliyyətliliyi və
karbonsizləşdirmə strategiyasını “Təmiz Sənaye Paktı” adlandırır. Qlobal polad
istehsalı çox yüksəkdir. Bu gün ABŞ-ın yeni hökuməti də tariflər tətbiq etməklə
hədələyir: bütün polad və alüminium idxalına 25%. Nəticədə beynəlxalq ticarət
axınları ABŞ-dan Avropanın daxili bazarına yönləndirilmək riski ilə üzləşir.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az