Şimalda planlaşdırılan partlayıcı hücumda şübhəli bilinən üç nəfərə qarşı ittiham irəli sürülüb

Şimalda planlaşdırılan partlayıcı hücumda şübhəli bilinən üç nəfərə qarşı ittiham irəli sürülüb
Dünya 08 Aprel 2025 - 17:57


 

 

Üç şübhəlinin partlayıcı jilet hazırlayarkən həbs edildiyi bildirilir. Milli Terrorla Mübarizə Prokurorluğu (Pnat) RTL və Le Parisien-in xəbərlərini təsdiqləyərək AFP-yə bildirib ki, bazar günü, aprelin 6-da Parisdə iki kişi terror aktları törətməkdə və partlayıcı maddələr saxlamaqda ittiham edilib və sonradan onlar istintaq təcridxanasına yerləşdirilib.

 

Eyni mənbəyə görə, üçüncü şəxs terror cinayəti barədə məlumat verməməkdə ittiham edilib və məhkəmə nəzarəti altına alınıb.

 

Le Parisien-in məlumatına görə, onlar şimaldan olan üç gəncdir. Həmkarlarımızın dediyinə görə, onlar “şimaldakı yəhudi icmasını, gənclər mərkəzini və ya ictimai qurumu” hədəfə almağı planlaşdırırdılar.

 

 “France Info” xəbər verir ki, onlar çərşənbə axşamı Daxili Təhlükəsizlik Baş İdarəsinin polisi tərəfindən həbs edilib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər