ABŞ: İkinci uşaq qızılcadan ölür, yoluxmaların sayı kəskin şəkildə artır

ABŞ: İkinci uşaq qızılcadan ölür, yoluxmaların sayı kəskin şəkildə artır
Dünya 15 Aprel 2025 - 17:19


 

 

Peyvənd olunmamış 8 yaşlı uşaq qızılca epidemiyasından pis təsirlənən Texas ştatında yaşayırdı.

ABŞ-da qızılca epidemiyası yayılmaqda davam edir.

 

Texasda 8 yaşlı Daisy öldü. Xəstəxana sözçüsü bildirib ki, o, peyvənd olunmayıb və ağırlaşmalara görə müalicə olunurdu.

 

Ölkədə qızılca bir neçə ocaqda dövr edir və xüsusən də peyvənd olunmamış icmalara təsir edir. Martın 6-da Nyu-Meksikodan olan bir yetkin qızılcaya yoluxaraq öldü.

 

Xəstəliyin 2000-ci ildə ABŞ-da aradan qaldırıldığı hesab edilsə də, 2025-ci ildə ölkədə 21 ştatda 607 hadisə qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər