350-dən çox ulduz Kann Film Festivalı öncəsi açıq məktubla Qəzzanın “soyqırımını” pisləyib

350-dən çox ulduz Kann Film Festivalı öncəsi açıq məktubla Qəzzanın “soyqırımını” pisləyib
Mədəniyyət 14 May 2025 - 10:18


 

 

Ulduzlar və yaradıcılar Kannda təqdim olunan sənədli filmin fələstinli qəhrəmanının öldürülməsi ilə bağlı məktub imzalayıblar: “Biz bu cür passivlikdən utanırıq” deyə sənayenin susqunluğu haqqında yazır.

 

350-dən çox beynəlxalq aktyor, rejissor və prodüserdən ibarət qrup Kann kinofestivalının ilk günündə dərc olunan məktubu imzalayıb, “Ruhunu əlinə al və yeri” sənədli filminin baş qəhrəmanı 25 yaşlı fələstinli fotojurnalist Fatimə Hassounanın qətlini pisləyib.

 

Sənədli film Kann Film Festivalında ACID seçimi çərçivəsində elan edildikdən bir gün sonra, aprelin 16-da İsrailin Qəzzanın şimalında ailə evinə endirdiyi hava hücumunda Fatimə Hassouna ailəsinin on üzvü ilə birlikdə həlak olub.

Tərcümə edəni Əlirza/Zekainfo.az 

reklamlar

Digər xəbərlər