
Dünya
23:12, 30 May 2025
32 yaşlı Usama Krayem 2015-ci ildə Suriyada İslam
Dövləti qruplaşması tərəfindən həyata keçirilən edamda iştirak etdiyi iddiası
ilə müharibə cinayətləri və terrorizmdə ittiham olunub. Şübhəli şəxs artıq
Fransa və Belçikada terrorizmdə təqsirli bilinib.
İsveç prokurorları Usama Krayemi iordaniyalı pilot
leytenant Muas əl-Kaseasbeh-in İslam Dövləti qruplaşması tərəfindən öldürülməsi
ilə bağlı ağırlaşdırılmış hərbi cinayətlər və terrorizmdə ittiham edib.
Sonuncunun F-16 təyyarəsi 2014-cü ilin Milad gecəsi
Suriyanın şimalında terror qruplaşmasının paytaxtı Rakka yaxınlığında qəzaya
uğrayıb.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az