
Baş nazir Albin Kurtinin azsaylı qələbəsindən sonra deputatlar Milli
Assambleyanın sədri ilə bağlı razılığa gələ bilmirlər.
Kosovo çıxılmaz vəziyyətdə qalır. Fevralın 9-da keçirilən
qanunvericilik seçkilərindən üç aydan çox vaxt keçməsinə baxmayaraq, Milli
Assambleya hələ də spikersizdir.
Müxalifət, Vetëvendosje (Öz müqəddəratını təyinetmə) partiyası ilə
qanunvericilik seçkilərində qalib gələn müvəqqəti baş nazir Albin Kurtinin təklifini
ardıcıl olaraq rədd edərək, onu vəziyyəti dondurmaq cəhdində ittiham edib.
Sonuncu, əvvəlki hökumətdə ədliyyə naziri olan Albulena Haxhiu-nun seçilməsinə
çalışır.
Öz müqəddəratını təyinetmə partiyası öz növbəsində namizədə qarşı
ayrı-seçkiliyi pisləyərək müxalifətə hücum edir.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az