
Dünya
23:12, 30 May 2025
Mütəxəssislərin fikrincə, sifətin tanınması kimi
yeni texnologiyalar problemi daha da dərinləşdirə bilər. Bu səbəbdən Avropa
Şurası bütün üzv dövlətləri irqi profilləşdirmə məsələsinə ciddi yanaşmağa
çağırır.
Avropa Şurasının insan haqlarının monitorinqi
orqanı (ECRI) irqi profilləşdirmədən istifadə ilə bağlı həyəcan təbili çalıb.
Bu çərşənbə günü, mayın 28-də dərc olunan hesabatda
bildirilir ki, bir çox üzv dövlətlərin hüquq-mühafizə orqanları həm dayandırma
və axtarış əməliyyatlarında, həm də sərhəd nəzarəti zamanı davam edən bu təcrübədən
istifadə etməyə davam edir.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az