
Dünya
16:47, 23 May 2025
Danışıqların məqsədi ABŞ-ın Tehrana qarşı tətbiq
etdiyi iqtisadi sanksiyaların bir hissəsinin ləğvi müqabilində İranın nüvə
proqramını məhdudlaşdırmaqdır.
Omanın xarici işlər naziri çərşənbə günü bildirib
ki, Tehranın sürətlə irəliləyən nüvə proqramı ilə bağlı ABŞ və İran arasında
danışıqların beşinci raundu cümə günü Romada keçiriləcək.
Nə Tehran, nə də Vaşinqton görüşü dərhal təsdiqləməyib
və ya iştirakını açıqlamayıb.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az