
Dünya
16:47, 23 May 2025
Yerli mənbələrin məlumatına görə, İsrail əsgərləri
İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsinə rəsmi səfəri zamanı
25-ə yaxın səfir və nümayəndədən ibarət diplomatik nümayəndə heyətinə atəş
açıb.
Çərşənbə günü bölgədəki humanitar vəziyyəti müşahidə
etmək üçün səfərdə olan nümayəndə heyətinin atəşə tutulması diplomatik dairələrdə
qınaq dalğasına səbəb olub.
Fələstinin “Vəfa” xəbər agentliyinin məlumatına görə,
təxminən 25 səfir və nümayəndə İsrail ordusunun düşərgənin şərq girişində
qurduğu dəmir baryerin yaxınlığında atəşə tutularkən jurnalistlərlə birlikdə olub.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az