Polşa Belarusdan olan miqrantlara sığınacaq verilməsinin dayandırılmasını uzadıb

Polşa Belarusdan olan miqrantlara sığınacaq verilməsinin dayandırılmasını uzadıb
Dünya 23 May 2025 - 14:26


 

 

Mart ayında qəbul edilən tənzimləmə Polşa hakimiyyətinə Belarus vasitəsilə ölkəyə gələn miqrantların sığınacaq hüquqlarını müvəqqəti dayandırmağa imkan verir.

 

Polşa parlamenti böyük səs çoxluğu ilə - lehinə 366 və əleyhinə 17 səs - ölkənin Belarusla şərq sərhədində sığınacaq hüququnun dayandırılmasının uzadılmasını təsdiqləyib.

 

İnsan haqları qrupları tərəfindən geniş şəkildə tənqid edilən tədbir Polşa hakimiyyətinə sığınacaq hüququnu hər dəfə 60 günə qədər dayandırmağa imkan verir. İlk dəfə bu həftə yenilənmədən əvvəl mart ayında qəbul edildi.

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az

 

reklamlar

Digər xəbərlər