“Qarabağ” “Benfika”nı diz çökdürdü

“Qarabağ” “Benfika”nı diz çökdürdü
İdman 17 Sentyabr 2025 - 09:42

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.

Zekainfo.az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nın qonağı olub.

Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.

reklamlar

Digər xəbərlər