Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır

Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
Dünya 24 İyul 2026 - 17:15

Türkiyədə CHP-də uzun müddətdir müzakirə olunan ayrılıq baş tutub.

Zekainfo.az xəbər verir ki, partiyanın sədri Özgür Özel istefa verdiyini açıqlayaraq yeni siyasi hərəkat yaratdığını bəyan edib.

Məlumata görə, Özel ilə yanaşı 91 millət vəkili də CHP sıralarını tərk edib. Yeni yaradılan partiyanın "Yeni Partiya" adlanacağı bildirilib. Partiyanın təsis sənədlərinin qeydiyyat üçün Daxili İşlər Nazirliyinə təqdim olunduğu qeyd edilir.

Özgür Özel yayımladığı videomüraciətdə yeni siyasi mərhələyə başladıqlarını vurğulayaraq, "Vətənə, millətə, partiyamıza və hamımıza xeyirli olsun" ifadələrini işlədib.

Bildirilir ki, qeydiyyat prosedurları başa çatdıqdan sonra Özel Ankaradakı Hacı Bayram-ı Vəli məscidini ziyarət edəcək, daha sonra isə Türkiyə Böyük Millət Məclisində yeni siyasi qrupun formalaşdırılması ilə bağlı görüşlər keçirəcək.

reklamlar

Digər xəbərlər