Banqladeş Prezidenti istefa verdi

Banqladeş Prezidenti istefa verdi
Dünya 24 İyul 2026 - 17:07

Banqladeş Prezidenti Şahabuddin Çuppu istefa verdiyini bildirib.

Bu barədə "Bdnews24" portalı məlumat yayıb.

"Xəstəyəm, buna görə də hər şey bitdi", - deyə o, açıqlamasında bildirib.

Məhəmməd Şahabuddin Çuppu 2023-cü ilin aprelindən Banqladeş prezidenti vəzifəsini icra edib.

Keçmiş hakim və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sabiq üzvü olan Çuppu 1971-ci ildə Banqladeşin müstəqillik uğrunda müharibəsinin iştirakçısıdır.

reklamlar

Digər xəbərlər