Məhkəmə sabiq icra başçısının həbs müddətini uzatdı

Məhkəmə sabiq icra başçısının həbs müddətini uzatdı
Cəmiyyət 14 Oktyabr 2025 - 18:00

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Zekainfo.az "Report"a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyun ayında keçirdiyi əməliyyat zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

reklamlar

Digər xəbərlər