Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 05 Dekabr 2025 - 18:00

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.

Zekainfo.az  xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.

Mixail Mişustin və Əli Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin inkişafının vacibliyini vurğulayıblar.

reklamlar

Digər xəbərlər