DSX-nin bölmə rəisi həbs edildi

DSX-nin bölmə rəisi həbs edildi
Gündəm 08 Dekabr 2025 - 17:52

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib.

Zekainfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb.

Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İş üzrə başqa saxlanılanların da olduğu bildirilib. Hələlik əməliyyat barədə rəsmi açıqlama yoxdur.

reklamlar

Digər xəbərlər