Cəmiyyət
16:42, 16 Mart 2026
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Anarın 88 illik ömür yolu tamam olur.
Anar müəllim milli ziyalılıq ənənələrini ləyaqətlə yaşadan, Azərbaycan ədəbi düşüncəsinin parlaq simalarından biri kimi uzun illərdir söz və fikir dünyamıza dəyərli töhfələr verir. Onun yaratdığı bədii əsərlər, kino sənətimizin inkişafına xidmət edən ssenarilər, dərin məzmunlu publisistik yazıları, eləcə də ədəbiyyatımızın təşkilatlanmasında göstərdiyi fədakar fəaliyyəti milli mədəniyyət tariximizdə xüsusi yer tutur. Bu zəngin yaradıcılıq irsi Azərbaycan oxucusunun mənəvi dünyasını zənginləşdirən və ədəbi düşüncəmizin inkişafına istiqamət verən mühüm bir məktəbdir.
Belə şəxsiyyətlərin həyat yolu və yaradıcılığı xüsusilə gənc nəslin formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Çünki yüksək ideallarla yaşayan gənclər üçün Anar müəllim kimi böyük düşüncə adamlarının yaradıcılığı ilə tanışlıq, onların mənəvi dünyasından bəhrələnmək milli-mənəvi dəyərlərin daha dərindən mənimsənilməsinə və sağlam ictimai düşüncənin formalaşmasına xidmət edir.
Hörmətli Anar müəllimi 88 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan ədəbiyyatına yeni-yeni dəyərli töhfələr arzulayıram.
Cəmilə Çiçək,
Zekainfo.az saytının baş redaktoru