Alimentdən yayınan valideynləri nə gözləyir?

Alimentdən yayınan valideynləri nə gözləyir?
Cəmiyyət 15 Dekabr 2025 - 12:37

Alimenti ödəməmək valideyn hüququndan məhrum edilmə ilə nəticələnə bilər.

Zekainfo.az xəbər verir ki, Ailə Məcəlləsinin 64-cü maddəsində valideyn hüququndan məhrum edilmənin səbəbləri göstərilib.

Belə ki, bu səbəblərdən biri də alimenti qəsdən ödəməməkdir. Valideyn hüququndan məhrum edilmə forması məhkəmə qaydasında olur.

Valideynlik hüququndan məhrum edilmək isə alimenti ödəmək öhdəliyindən azad olmaq demək deyil.

Valideynlik hüququndan məhrum edildikdən sonra Ailə Məcəlləsinin 65.3-cü maddəsində göstərilib ki, məhkəmə bu işə baxarkən aliment məsələsini də həll edir. Bundan sonra 66.2-ci maddədə qanun deyir ki, Valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanılmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Bu o deməkdir ki, baxmayaraq ki, şəxsin artıq valideynlik hüquqları yoxdur, onun bəzi valideynlik vəzifələri saxlanılır. Həmin valideynin üzərinə məhkəmə tərəfindən uşağına aliment vermə öhdəliyi qoyula bilər.

reklamlar

Digər xəbərlər