Sabah bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 15 Dekabr 2025 - 13:25

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Zekainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

reklamlar

Digər xəbərlər