Dünya
11:14, 22 Dekabr 2025
Türkiyə xarici işlər naziri Hakan Fidanla HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Xəlil Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Zekainfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ankarada baş tutan görüşdə Qəzza zolağındakı vəziyyət müzakirə olunub və sülh planının ikinci mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Hakan Fidan Türkiyənin bütün platformalarda Fələstinin hüquqlarını qətiyyətlə müdafiə etməyə davam etdiyini qeyd edib və ölkəsinin Qəzzanın mənzil və digər humanitar ehtiyaclarını ödəmək səyləri barədə məlumat verib.