Mirzoyan: Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşəcək

Mirzoyan: Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşəcək
Siyasət 14 Yanvar 2026 - 11:07

“Sənəddə qeyd olunan və ictimaiyyətə açıqlanan məqamlar tam razılaşdırılıb”.

Zekainfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP-in icrası ilə bağlı Ermənistan-ABŞ bəyanatı barədə bildirib.

“Bunlardan başqa razılaşdırılmış heç nə yoxdur. Qaldırılmış, müzakirə edilmiş, razılaşdırılmış, amma hansısa səbəblərlə açıqlamadığımız heç bir şərt yoxdur. Belə bir müddəa mövcud deyil. Bu sənəddə olan və dərc edilən nədirsə, odur”, - o deyib.

“Tramp yolu” və ya TRIPP haqda danışan Mirzoyan qeyd edib ki, bu, sadəcə lokal əhəmiyyətli nəqliyyat qovşağı deyil:

“Mən burada üç məqam görürəm. Birincisi, üçüncü ölkələrlə əlaqələndirmə - şərti olaraq desək, TRIPP vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı bağlantısı ilə bağlıdır. İkincisi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələndirmədir. Üçüncüsü - bizim üçün ən vacib məqam isə Ermənistanın üçüncü ölkələrlə iki istiqamətdə - Mərkəzi Asiya və Qərblə əlaqələndirilməsidir. Bu sənəd məhz bu anlayışı əks etdirir”./Teleqraf 

reklamlar

Digər xəbərlər