Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Zekainfo.az xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə "Lider TV"də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, "GünAz" TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.
Xatırladaq ki, o, Azərbaycan Televiziyasında ("AzTV") "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Xəbər
01 Aprel 2026 - 10:33
Digər xəbərlər
Xəbər
16:49, Bugün
Xəbər
13:36, Bugün
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Xəbər
12:16, Bugün
Bu qatarlar Ucar və Ləkidə də dayanacaq
Xəbər
09:11, Bugün
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Xəbər
08:33, Bugün
Bu yollarda tıxac var - SİYAHI
Gündəm
23:31, 31 Mart 2026