Gəncədə avtomobil mağazaya çırpıldı

Gəncədə avtomobil mağazaya çırpıldı
Hadisə 03 Aprel 2026 - 09:10

Gəncədə yol qəzası olub.

Zekainfo.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın içərisinə daxil olub. Nəticədə mağazada olan xeyli qab-qacaq yararsız hala düşüb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və mağazaya xeyli ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə  araşdırma aparılır./unikal

reklamlar

Digər xəbərlər