Xəzər dənizində daha bir zəlzələ oldu

Xəzər dənizində daha bir zəlzələ oldu
Xəbər 09 Aprel 2026 - 09:00

Xəzər dənizində zəlzələ olub.

Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 12 kilometr olub.

Qeyd edək ki, aprelin 8-də Xəzər dənizində bir neçə dəfə zəlzələ qeydə alınıb.

reklamlar

Digər xəbərlər