Milli Məclisin yaz sessiyası başa çatdı - Növbədənkənar sessiya keçiriləcək

Milli Məclisin yaz sessiyası başa çatdı - Növbədənkənar sessiya keçiriləcək
Siyasət 26 May 2026 - 14:37

Milli Məclisin yaz sessiyası başa çatıb.

Zekainfo.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. Bununla bağlı deputatlardan imzalar toplanılıb. Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

reklamlar

Digər xəbərlər