Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Siyasət 12 May 2026 - 12:09

Bu gün Baş nazir Əli Əsədov BP şirkətinin yeni Baş icraçı direktoru Meq Onilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Zekainfo.az-a Nazirlər Kabinetindən xəbər verilib.

    Görüş zamanı tərəflər Azərbaycan ilə BP arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

    Qarşılıqlı faydalı əməkdaşlığın M.Onilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.

    BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    reklamlar

    Digər xəbərlər