Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi

Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi
Hadisə 12 May 2026 - 12:53

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. 

Zekainfo.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

reklamlar

Digər xəbərlər