Vətəndaşların müraciətlərinə baxılma müddəti azaldılsın - TƏKLİF

Vətəndaşların müraciətlərinə baxılma müddəti azaldılsın - TƏKLİF
Gündəm 12 May 2026 - 14:55

"Vətəndaşların müraciətlərinə baxılma müddəti uzun olaraq qalmaqdadır. Belə ki, vətəndaşların müraciətinə baxılmaq müddəti 15 iş günüdür və əlavə öyrənilmə, yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Rəqəmsallaşmanın ölkəmizdə inkişaf etdiyini və məlumatların inteqrasiya olunduğunu nəzərə alsaq, bu müddətin azaldılması mümkündür. Müddət azalarsa vətəndaşların müraciətlərinə daha qısa zamanda cavablandırıla bilər".

Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclsında “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

"Qanunun 10.2-ci maddəsinə əsasən, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Vətəndaşların müraciətinə baxılma müddəti 2015-ci ildə müəyyənləşdirilib. Ötən 10 ildə proseslər kifayət qədər rəqəmsallaşdırılıb və elektron məlumatlar inteqrasiya olunub. Azərbaycanda dataların elektronlaşdırılması sahəsində ciddi uğurların əldə edilməsinə baxmayaraq, vətəndaşların müraciətin baxılma müddəti dəyişdirilməyib. Bu gün müzakirə etdiyimiz dəyişikliklər də vətəndaşların müraciətlərində elektronlaşmasını dəstəkləyir və təşviq edilir. Bu isə o deməkdir ki, elektronlaşma və rəqəmsallama kontektsində vətəndaşların müraciətlərinə baxılma müddətinə baxılması və müddətin azaldılması məqsədə uyğun olardı. Çünki 15 iş günü 1 aya yaxın zaman deməkdir. Hətta dövlət qurumu tərəfindən müddət uzadılıb 30 iş günü müəyyənləşəndə bu bir ay yarım deməkdir. Etiraf edək ki, elektron məlumatların inteqrasiyasının sürətləndiyi dövrdə bu qısa müddət hesab edilə bilməz", - deyə deputat bildirib.

reklamlar

Digər xəbərlər