Cəmiyyət
12:50, Bugün
Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.
Bu barədə Zekainfo.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.
Xatırladaq ki, Bakıdan Qəbələyə gedən reys hər gün səhər saat 07:30-da yola düşür və saat 11:02-də Qəbələyə çatır. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edir və saat 22:27-də paytaxta çatır.