Qlobal Cənub QHT Platformasında katiblik Azərbaycana keçib

Qlobal Cənub QHT Platformasında katiblik Azərbaycana keçib
Siyasət 14 May 2026 - 12:45

Qlobal Cənub QHT Platformasında (Global South NGO Platform – GSNP) katiblik Azərbaycana keçib.

Zekainfo.az xəbər verir ki, bu, Platformanın I Baş Assambleyasının toplantısında açıqlanıb.

Bildirilib ki, seçkiyə əsasən, Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Bununla da Azərbaycan GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək. Həmçinin onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçilib.

Toplantıda dünya əhalisinin 80 %-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

reklamlar

Digər xəbərlər