"WUF13 dialoqdan icraya keçid üçün gözəl platformadır".
Zekainfo.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə yaşayış yerləri daxili bir məsələdir: "Amma onun investisiya edilməsi bizdən asılıdır. Yaşayış yerləri insan hüququdur. Burada əsas ismarış aydındır: yaşayış yerləri şəhərsalmanın mərkəzində dayanmalıdır.
WUF13 urbanizasiyanın inkişaf etdiyi bir vaxta təsadüf edir. Biz azərbaycanın rolunu daha aydın görürük. WUF13 indiyədək baş tutmuş BMT-nin Məskunlaşdırma proqramının ən böyük sessiyasıdır".
Rissbax həmçinin qeyd edib ki, şəhərsalmda əsas çətinlik həllərin olmaması deyil, sürətin olmamasıdır: "Kollektiv olaraq qərar verməliyik: inklüziv şəhərlər reallığa çevrilməlidir".