Qonşuda təhlükəli virus tapıldı

Qonşuda təhlükəli virus tapıldı
Dünya 01 İyun 2026 - 11:57

Gürcüstanda təhlükəli Denqe virusuna yoluxma halı aşkarlanıb.

    Zekainfo.az xəbər verir ki, bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

    Onun sözlərinə görə, Denqe diaqnozu ötən həftə bir nəfərdə təsdiqlənib.

    Çxaidze virusa yoluxmuş şəxsin vəziyyəti barədə məlumat açıqlamayıb.

    Qeyd edək ki, Denqe qızdırması ağcaqanad sancmaları vasitəsilə ötürülən virusdur, dünyanın tropik və subtropik ərazilərində geniş yayılıb. Gürcüstanda bu virus 2013, 2016 və 2017-ci illərdə də qeydə alınıb.


    reklamlar

    Digər xəbərlər