Zakir Həsənov Kobaxidze ilə görüşdü - YENİLƏNİB

Zakir Həsənov Kobaxidze ilə görüşdü - YENİLƏNİB
Siyasət 01 İyun 2026 - 10:25

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

Zekainfo.az xəbər verir ki, bu barədə məlumatı Kobaxidze sosial şəbəkə hesablarında paylaşıb. 

Onun sözlərinə görə, görüş zamanı ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

***

10:23

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 1-də Gürcüstana səfər edib.

Zekainfo.az xəbər verir ki, səfər çərçivəsində Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Çikovani ilə görüşəcək.

General-polkovnik Zakir Həsənovun Gürcüstanın Baş naziri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

Müdafiə naziri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini və Gürcüstanın Qəhrəmanlar Meydanındakı memorialı ziyarət edəcək. 

reklamlar

Digər xəbərlər