MN-dən ÇAĞIRIŞ: Heç bir narahatlığa əsas yoxdur

MN-dən ÇAĞIRIŞ: Heç bir narahatlığa əsas yoxdur
Gündəm 22 İyun 2026 - 09:22

İyunun 22–25-də istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

Zekainfo.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Bakı şəhəri Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi planlaşdırılır.

Məlumatda bildirilir ki, bu proses zamanı partlayış səsləri eşidilə bilər və bu, planlaşdırılmış texniki prosedurun tərkib hissəsidir.

Nazirlik əhalini təşvişə düşməməyə çağırıb və bildirilib ki, narahatlığa heç bir əsas yoxdur.

reklamlar

Digər xəbərlər