“Azeri Light” bu gün neçəyə satılır?

“Azeri Light” bu gün neçəyə satılır?
İqtisadiyyat 18 İyun 2026 - 10:31

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Zekainfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.01 dollar azalaraq 82.60 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 82.61 ABŞ dollarına ticarət olunub.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

reklamlar

Digər xəbərlər