“İrana “yox” demək ədalətli olmaz”

“İrana “yox” demək ədalətli olmaz”
Dünya 18 İyun 2026 - 10:33

“İranın ballistik raketlərə sahib olması məni narahat etmir”.

Zekainfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Paris hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, regionun digər ölkələrinin də oxşar silahlara malik olduğunu vurğulayaraq, yalnız İrana məhdudiyyət qoyulmasının ədalətli olmadığını deyib.

Tramp həmçinin İranın ballistik raket proqramına münasibətini açıqlayaraq qeyd edib ki, bu silahları nüvə silahları ilə eyniləşdirmək düzgün deyil.

“Ballistik raketlər nüvə silahları ilə eyni deyil. Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrdə belə raketlər varsa, yalnız İrana “yox” demək ədalətli olmaz. Müəyyən həddə qədər İranın da onlara sahib olması problem deyil”, – deyə Tramp bildirib.

reklamlar

Digər xəbərlər