QHT-nin “Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” adlı növbəti kreativ tədbiri

QHT-nin “Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” adlı növbəti kreativ tədbiri
Cəmiyyət 02 İyul 2026 - 14:55

QHT-nin “Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” adlı növbəti kreativ tədbiri

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-сı il üzrə kiçik qrant müsabiqəsi çərçivəsində “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi 1 may 2026-cı il tarixindən etibarən reallaşdırdığı 2 aylıq layihəsinin fəaliyyət planına uyğun olaraq maraqlı formatda, məhsuldar, nəticəyönümlü tədbir formasında davam edir.
Məhsuldar layihə fəaliyyətləri haqqında “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin media bölümündən saytımıza bildiriblər ki, silsilə tədbir kimi may ayında sabiq məcburi köçkun, əslən Qarabağdan olan şəhid və qazi ailələrinin, eləcə də fiziki məhdudiyyətli uşaqların, onların valideynlərinin iştirakı ilə keçirilir. Qurban Bayramı münasibəti ilə dörd bayram məclisi – süfrəsi təşkil olunub. Ədəbi-mədəni formatda keçirilən bu tədbirlərdə həssas qruplardan olan ailələrə maddi-mənəvi, sosial-psixoloji, mədəni-kreativ dəstək göstərilir, hədiyyələr təqdim olunur. Eləcə də layihəyə cəlb olunan yeni nəslin numayəndələrinin geniş ictimaiyyətə inteqrasiya olunmasına, şəbəkələşməsinə çalışılır.
İyunun 22-də həssas qruplara aid ailələr, analar və onların övladları üçün növbəti interaktiv – kreativ tədbir təşkil olundu. Kreativ – neomaarifləndirici formada milli-mənəvi dəyərləri, eləcə də Zəfər qəhrəmanlarının igidlikləri balacalara çatdırmaq, onların vətənpərvər şəxsiyyət kimi formalaşdırılması üçün sağlam psixo-mədəni, qarşılıqlı sosial birgəyaşarlığa səsləyən bu məclis də layihə cərçivəsində formalaşdırılan maraq klubunun növbəti məşğələ tədbiri formasinda təşkil olundu.
Formalaşdırılan maraq klubunun növbəti tədbiri də iki hissədən ibarət reallaşdırılıb. QHT-nin ofisində təşkil olunan, geniş ictimaiyyətin nümayəndələri, ictimai fəallar, həssas ailələrin nümayəndələri, şəhid və əlil uşaqların iştirakı ilə keçirilən məclisi layihə və QHT rəhbəri Almaz Zeynalova açaraq iştirakçılari salamladı, ukiaylıq fəaliyyətləri barədə geniş danışdı.

Almaz Zeynalova bildirib ki, layihənin əsas məqsədi Böyük Qayıdış prosesinə dəstək vermək, uşaqların görməli yerlərə ziyarətləri, eləcə də təbiət qoynuna ekskursiyasını təşkil etmək, həmçinin doğma diyarlarının inkişafı üçün təklifləri/arzuları, ideyalar əks etdirən müzakirələrin aparılması, istedadlı uşaqların mini-sərgisinin nümayişi də daxil olmaqla, real/virtual təqdimat mərasiminin təşkili ilə post-münaqişə dövründə müharibənin psixoloji-mənəvi gərginliklərini azaltmaq, həssas qruplara yardım etməkdir.
Daha sonra yaradılan klubun rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov istedadlı həssas uşaqlar qarşısında kreativ formada çıxış edərək onların incəsənətə, mədəniyyətə, tarixə, Zəfərə, yeni texnologiyalara, ədəbiyyata həvəslərndirib.

Tədbirdə növbəti ekspert çıxışçı mədəni-kreativ fəal, gözəl sənətlər pesəkarı Günəş xanım Hüseynova oldu. Günəş xanım iştirakçılara sahibi olduğu peşənin sirlərini həm əyani, – əllərində, simalarından milli atributlar, baxışlar çəkdi, – həm də uzun illərin təcrübəsindən çıxış edərək nəzəri tərəflərini çatdırdı.
Məclis poeziya və musiqi nümunələrinin səslənməsi, rəqs ifaları ilə davam etdirildi.
Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqları Müdafiəsi İctimai Birliyinin sədri, ehtiyatda olan zabit, hər iki muharibə döyüşçüsü, hərbi ekspert Tahir Məmmədov, Qarabag Əlillərinə Qayğı İctimai Birliyinin sədri, qazi Firudun Məmmədov, veteran İlyas Əhmədov, yazar, şairə Nazli, Səud anası Zülfiyyə Umudova, təşkilatın fəalı Günay Atayeva şəhid ailələrinin numayəndələri və başqa tanınmış şəxslərin çıxışlarından sonra kreativ uşaqlar yaradıcı təfəkkürləri nümunələrini, eləcə də Azərbaycan poeziyasının dillərəzbəri olan şeirlərini, Zəfərə, qələbəyə, şəhidlərə həsr olunmuş poeziya nümunələrini, eləcə də vətənpərvərlik mahnılarını səsləndirblər.
Daha sonra məclis sual-cavab formasında davam etdirilib, xatirə fotoları çəkilib, iştirakçılara hədiyələr təqdim olunub, çay süfrəsi ətrafında söhbət aparılıb, Bakının qədim yerlərini gəzməklə bitib.
Həssas qruplara aid valideynlərin də fəal iştirakıyla 30 nəfərə qədər uşaqların istirahəti mənalı şəkildə təşkil ediləcək. Uşaqlar üçün əyləndirici və öyrədici tanıtım tədbiri daha sonra Zəfər parkında davam etdirilib: burada yeni nəslin nümayəndələri sərgilənən eksponatlarla tanış olublar, suallarına cavablar alıblar. Eyni zamanda gələcək yaradıcılıq nümunələrindən yararlanmaq üçün geniş məlumatlarla tanışlıq iştirakçılarda xoş təəssüratlar yaradıb.
Məclisdə bildirildi ki, QHT layihə iştirakçıları üçün aylıq estetik/sənət kursu təşkili olunub və hər dəfə tanınmış bir sima orada uğura aparan yolda estetik-mənəvi zənginləsmənin rolu haqqında müzakirələr aparıldı
Yaradılan qrup mədəni terapiyanın metodlarından yararlanmaqla yeniyetmələrin fərdi istedadları və maraqları üzə çıxarılaraq müəyyən istiqamətdə inkişaflarına dəstək verir. İnternet TV verilişlər, sosial şəbəkə resursları, virtual məhsullar vasitəsi ilə daha çox uşağa təsir mexanizmlər formalaşdırılır.
Reallaşdırılan nlayihə fəaliyyətləri zamanı qrup şəkilində şəhid və qazi ailələrinin balaca üzvlərinin şəbəkələşməsi baş tutub. Həssas qrupların övladları bilgilənmə xarakterli oyunlar, görüşlər vasitəsilə onlar estetik və mədəni cəhətdən daha da zənginləşdirilməsinə nail olunub. Uşaqlar üçün əyləndirici və öyrədici tanıtım tədbirləri həyata keçirildiyindən istirahətləri və estetik dünyagörüşləri zənginləşməsi üçün mobil master-klasslar reallaşdırılır ki, bu fəaliyyətlər nəticəsində müxtəlif sənətlərə maraq oyadıb. İnteraktiv fəliyyətlər nəticələsində onlarda estetik yaradıcılıq yoluna maraq oyadılır.
Sonda məlumat üçün o da bildirildi ki, İnternet TV verilişlər hazırlanaraq ictimaiyyətə təqdim edilərək, həssas qrupa aid edilən ailələrin övladlarının real və sosial şəbəkələrüstü ünsiyyətinə şərait yaradıldığına görə onların cəmiyyətə inteqrasiyası gücləndirilib. Qrupda toplaşan uşaqlara yönəli davamlı fəaliyyətlər üçün estetik klub yaradıldığından, onların maraqlarına uyğun olaraq dərnək, ansambl, idman komandası, könüllülər qrupu fəaliyyətə başlamaları üçün motivasiya veriləcək, şəbəkələşmə gücləndirilib. Qrup üzvləri üçün fərqli estetik-yaradıcı imkanlar açaraq mədəni ziyarətlərin davam etməklə gənc nəsil nümayəndələrində yüksək mənəvi dəyərlərə, əxlaqi normalara cavab verən dünyagörüş formalaşdırılıb. Uşaqlarda estetik-mənəvi dəyərlərə maraq artırılır, sosial bacarıqlar və inam inkişaf etdirilir.
Aktual layihədən həssas qrupa aid edilən Qarabağ müharibəsi şəhidləri və qazilə ailə üzvləri, şəhid anaları və xanımları, yeniyetmələr, gənclər, yaradıcı şəxslər, KİV nümayəndələri, İnternet – sosial media, qlobal şəbəkə istifadəçiləri, eləcə də birbaşa olaraq 8-16 yaşlı uşaqlar faydalanır.
Layihə cəmiyyətin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə soydaşlarımızı əhatə edir. Qarabağa qayıdış və vətənpərvərlik mövzusunda geniş təsəvvürləri və sosial təcrübələri olan şəhid anaları, xanımları, yaradıcı insanlar, Vətənə sevgilərini zənginləşdirmək istəyən gənc nəsilin nümayəndələri layihədə iştirakı təmin olunub.

Ayxan Hidayət

reklamlar

Digər xəbərlər