Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi: “Mənim üçün dua edin”

Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi: “Mənim üçün dua edin”
Şou biznes 06 İyul 2026 - 12:26

Müğənni Kəmalə Günəşli xəstəxanadan paylaşım edərək əməliyyata girəcəyini bildirib.

Zekainfo.az xəbər verir ki, ifaçı videoda bunları deyib:

"Sabahınız xeyir, dəyərli izləyicilərim. Bu gün, iyulun 6-da əməliyyata girirəm. Buna görə də bir müddət paylaşımlarımda fasilə olacaq. İnşallah, qısa zamanda yenidən sizinlə birlikdə olacağam. 

Mənim üçün dua etməyinizi xahiş edirəm. Əməliyyatdan sonra baş verən yenilikləri də sizinlə bölüşəcəyəm. Həkimimlə bağlı da ətraflı məlumat verəcəyəm. İzləmədə qalın".

K.Günəşli bir müddət əvvəl xarici görünüşündə dəyişiklik edəcəyini və plastik əməliyyat etdirəcəyini açıqlamışdı. Lakin müğənni hansı estetik əməliyyatı etdirəcəyini deməmiş və bunu gizli saxlamışdı. Bu dəfə də o, əməliyyatın növü barədə məlumat verməyib.

reklamlar

Digər xəbərlər