Hadisə
12:52, Bugün
Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
“Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.