Təhsil
10:49, 09 İyul 2026
“Təhsil TV”nin direktoru vəzifəsinə təyinat olub.
Zekainfo.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Nəzərov təyinat alıb.
B.Nəzərov müxtəlif illərdə “Space” TV-də, “İnterfaks-Azərbaycan”da, “ATV International”da, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb. O, 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.