Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 maqnitudalı güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə yüksəlib.
Zekainfo.az xəbər verir ki, Yaponiya hökumətinin yaydığı məlumata görə, təbii fəlakət nəticəsində çoxsaylı yaşayış məntəqələri elektrik, su və qaz təchizatından məhrum qalıb. Bir sıra binalar dağılıb, körpülər və yollar ciddi zərər görüb.
Zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə 4600-ə yaxın hərbçi cəlb edilib. Hazırda Kumamoto prefekturasında 95 mindən çox ev və mənzil hələ də susuzdur. Qonşu Naqasaki prefekturasında isə su təchizatının tam bərpa olunduğu bildirilib. Fəlakət zonasına su xüsusi avtosisternlər və silahlı qüvvələrin bölmələri vasitəsilə çatdırılır.
Rəsmi məlumata əsasən, Kumamotoda 64 tibb müəssisəsinə su və elektrik enerjisinin verilməsi dayandırılıb. Evlərini tərk edən 14 mindən çox sakin üçün 415 müvəqqəti sığınacaq yaradılıb. Onlar əsasən məktəblərin idman zallarında və digər ictimai binalarda yerləşdirilib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bölgədə havanın temperaturunun 40 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırıldığından, kondisionersiz sığınacaqlarda qalan insanlar üçün istivurma riski artıb.
Qeyd edək ki, 28 iyul tarixində Küsü adasında yerləşən Kumamoto prefekturası yaxınlığında 7,1 maqnitudalı güclü zəlzələ baş verib.