İdman
10:04, Bugün
UEFA Avropa Liqasının II təsnifat mərhələsində bu gün cavab oyunları keçiriləcək.
Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" Bolqarıstanda ÇSKA ilə üz-üzə gələcək.
Sofiyadakı "Vasil Levski" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunun baş hakimi Belçikadan olan FIFA referisi Brem van Drisş olacaq.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə tərəflər qapılara yol tapa bilməmiş və matç 0:0 hesabı ilə yekunlaşmışdı. Bu səbəbdən növbəti mərhələyə yüksələcək komandanın adına Sofiyadakı cavab qarşılaşmasında aydınlıq gələcək.